Səhiyyə Nazirliyinin 9109 “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçılarının və şəhid ailələrinin 57 minə yaxın müraciəti cavablandırılıb
02.04.2024 17:29

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə iştirakçıları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, “Çağrı Mərkəzi” müharibə veteranlarına göstərilən psixoloji və tibbi reabilitasiya xidmətlərinə vahid platformadan nəzarətin təşkil edilməsi, müharibə veteranları və şəhid ailələri ilə proaktiv işin aparılması, tibbi reabilitasiya xidmətlərinin sistemli yanaşma və davamlı şəkildə təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyasının aparılması məqsədilə yaradılıb.


“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb.


Fəaliyyət göstərdiyi ötən bir il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin 56 358 müraciəti cavablandırılıb.

 

Bunlardan 12 062 müraciət əsaslı, 44 296 isə proaktiv zənglər təşkil edib.


Ötən müddət ərzində Səhiyyə Nazirliyinin ixtisaslaşmış qurumlarına psixoloji yardımla bağlı 1940 müraciət yönləndirilib. Eyni zamanda, psixiatrik müayinə və müalicə ilə bağlı 1930 müraciət daxil olub. Daxil olan müraciətlərdən Səhiyyə Nazirliyinin tabeliyindəki reabilitasiya mərkəzlərinə ümumillikdə 975 müraciət yönləndirilib. Belə ki, nazirliyin nəzdində olan Sanator Kurort Reabilitasiya Mərkəzinə 613, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 338 və 24 şəhid övladı müalicə almaq üçün Respublika Uşaq Sanatoriyasına yönləndirilib.

 

Qeyd edək ki, 9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Akademik Əhliman Əmiraslanov: “Respublikamızın ixtisaslaşdırılmış tibb müəssisələrində protezlə təchizat işi qənaətbəxş vəziyyətdədir
Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub  
Prostat vəzi xərçənginin müalicəsində irəliləyiş - Yeni dərman hazırlanıb
Niyə elm ənənəvi təbabətə inanmır?
Tanınmış cərrah Ramiz Məlikov vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
Pirallahı Tibb Mərkəzində EEQ müayinələrinə başlanılıb
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib  
Ödənişsiz Kt və MRT müayinələri Referans Qəbələ Tibb Mərkəzində!
Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq
Mərkəzi Gömrük Hospitalında seminar: “Qan və komponentlərinin transfuziyasının aparılması və nəzarət“
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu vakansiya elan edir
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək
Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətlərinə dair görüş keçiriləcək
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!