"Burla Xatun” mobil tətbiqi hamilə qadınların köməyinə çatacaq
18.03.2024 10:31

Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə böyüdüyünü və sağlamlıq durumunu bilmək və izləmək istəyir. “Burla Xatun” mobil tətbiqi hamiləliyiniz, körpənizin inkişafı və hamilə qadınlar üçün əhəmiyyətli tövsiyələrlə bağlı məlumatları tez və asanlıqla əldə etmək imkanı verir, habelə doğuşdan sonra yenidoğulanların və körpələrin qayğısına dair ən mühüm məqamları sadə dildə açıqlayır.

 

Aztibb.az-ın xəbərinə görə, “Burla Xatun” mobil tətbiqi vasitəsi ilə həftələr üzrə hamiləliyin gedişatını, körpənin inkişafını izləmək, mayalanma tarixinə əsasən doğuş tarixini hesablamaq, tibbi təlimat və tövsiyələrə əsasən bədən çəkisini və bədən kütlə indeksini, digər sağlamlıq göstəricilərini idarə etmək, hamiləlik əlamətlərini monitorinq etmək, həkim ilə virtual və fiziki görüşlər təyin etmək, dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları və məlumatları xatirə kimi saxlamaq mümkündür.

 

“Burla Xatun” mobil tətbiqində aşağıdakı keçidlərdən ətraflı məlumat əldə edə bilərsiniz:

- Körpəmin inkişafı

- Ananın qidalanması

- Körpənin qidalanması və ana südü ilə qidalandırma

- Faydalı məsləhətlər

 

Bu tətbiqdən istifadə etdikdə hər bir yaranan sual və ya narahatçılıq və ya səhhətinizdə problemlər ilə bağlı həkiminizlə məsləhətləşmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Soltərəfli tentorial meningioma aşkar edilən pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurla əməliyyat olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Masallı Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid analarının müalicə prosesi ilə tanış olub
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
“Sağlamlığa Doğru Qaç!” layihəsi LƏNKƏRANDA
Professor Lalə Allahverdiyevanın “COVID-19: Əsrin xəstəliyi” kitabının Kembricdə təqdimatı olub