Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
07.03.2024 09:31

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

 

Aztibb.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Hörmətli xanımlar!

 

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.

 

Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

 

Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

 

Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər".

ÇOX OXUNANLAR
 Şuşa Rayon Mərkəzi Xəstəxanası vakansiya elan edir   
TƏBİB Mülki müdafiə üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir  
Antibiotiklərdən özbaşına istifadə etməyin!
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə işçi axtarılır
Azərbaycanlı həkim ABŞ-da beynəlxalq tədbirdə iştirak edib
Yeni dərman ağır qan laxtalanması xəstəliyini müalicə edir
“Həkimlərimizi tanıyaq!” rubrikası: Travmatoloq-ortoped Elvin Əsədov
TƏBİB Tibbi təhsil və innovasiyalar departamentinə işçi axtarır
 Azərbaycan əsilli ilk Nobel Sülh mükafatçısı ATU-nun qonağı olub   
 TƏBİB aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir   
 Diaqnoz Tibb Mərkəzi tərəfindən maarifləndirici aksiyalar davam etdirilir   
Milli Hematologiya və Transfuziologiya Mərkəzində kadr dəyişikliyi olub  
Respublika Klinik Xəstəxanasının həkimləri 2 yaşından hemofiliya A xəstəliyindən əziyyət çəkən 15 yaşlı pasiyenti müalicə ediblər
Respublika Kliniki Uroloji Xəstəxanasında akademik Mirməmməd Cavadzadəyə həsr olunan konfrans keçirilib
Ürək-damar xəstəliklərinə tutulmamaq üçün nə etməli?