ATU rektoru ödənişsiz təhsil imkanı qazanan tələbələrlə görüşüb  
04.03.2024 16:13

Artıq bir neçə ildir ki, Azərbaycan Tibb Universitetində (ATU) ödənişli əsaslarla təhsil alan tələbələrdən yüksək göstəricisi olanların dövlət hesabına təhsilə keçidi təmin olunur. Bu dəfə də müxtəlif kurs və fakültələrin ümumilikdə 19 tələbəsi bu şansı qazanıb. 

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli həmin tələbələrlə görüşüb. O, bu addımın həm tələbələrin ailələrinə dəstək, həm də gənclərin təhsil səviyyəsinin yüksəltməsi, inkişafı üçün müəyyən stimul olduğunu bildirib. 

 

Prof. G.Gəraybəyli bu təşəbbüsün gerçəkləşməsində Dövlət İmtahan Mərkəzinin rolunu xüsusi vurğulayıb. Rektor ATU tələbələri arasında Təhsil Krediti Fondunun imkanlardan yararalanan gənclərin olduğunu da xatırladaraq, gələcəkdə bu cür təşəbbüslərin artırılması istiqamətində bir sıra işlərin görüləcəyini bildirib.

 

Görüşdə ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov keçid proseduru haqqında danışaraq qeyd edib ki, dövlət hesabına plan yerləri boşaldıqca, ödənişli təhsil alan və akademik göstəriciləri yüksək olan tələbələri ora keçirmək imkanı yaranır. Bu zaman təhsil illərində tələbələrin topladığı ballar nəzərə alınır. K.Yaqubov ATU-da 7 mindən çox tələbə olduğunu, universitetin xarici tələbə sayına görə ölkədə ilk yerdə olduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, bu il müxtəlif kurs və fakültələrin ümumilikdə 19 nəfər (9 nəfər II kurs, 1 nəfər III kurs, 4 nəfər IV kurs, 5 nəfər də V kurs tələbəsi) Bu tələbələr I müalicə-profilaktika, II müalicə-profilaktika, İctimai səhiyyə və Stomatologiya fakültəsində təhsil alırlar.

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
 Naxçıvanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan oftalmoloji aksiya təşkil edilib
 ATU-nun Stomatologiya fakültəsinin tələbələri üçün müsabiqə keçirilib   
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Qubadlı RMX-nın direktoru vətəndaşların müraciətlərini dinləyib
 
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib