Mərkəzi Qan Bankının laboratoriyası tam avtomatlaşdırılmış seroloji cihazlarla təmin olunub
04.03.2024 15:50
Ölkəmizdə qan və qan komponentlərinin keyfiyyətinin, təhlükəsizliyinin təmin olunması və dünya standartlarına cavab verməsi üçün Mərkəzi Qan Bankının laboratoriyası 01.04.2022-ci il tarixindən etibarən FDA tərəfindən qan bankında istifadəsi üçün təsdiqlənmiş tam avtomatlaşdırılmış seroloji cihazlar (yeganə sistemlər Abbott Alinity-s) ilə təmin olunub. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu sistemlər ən həssas, dəqiq və spesifik tam avtomatlaşdırılmış sistemlər hesab olunur.
 
Aztibb.az-ın xəbərinə görə, donorlarda aparılan infeksion xəstəliklər üzrə laborator analizlərdə bəzi hallarda virusun pəncərə dönəmində, infeksiyanın başlanğıc dövründə, virusun antigeninin və ya virusa qarşı anticisimlərin təyin olunmayacaq miqdarda olması və s. yalançı neqativ nəticə olma ehtimalı vardır. Belə ki, seroloji üsulu ilə icra olunan analizlərin, məsələn HIV virusunda seroloji üsulda pəncərə müddəti 16 gün, Hepatit B virusunda seroloji üsulda 59 gün, Hepatit C virusunda seroloji üsulda 12 həftədən 6 aya qədər təşkil edə bilir. Ən spesifik və həssas üsullar (PZR üsulu) istifadə olunsa belə, neqativ nəticələr qanda virus olmadağını inkar etmir. Buna bağlı olaraq, qan və qan komponentləri köçürülmədən öncə pasiyentə bu təhlükənin olduğu haqqında mütləq ətraflı məlumat verilir və yalnız razılıq sənədi imzalandıqdan sonra qan köçürülməsi icra olunur. Xüsusilə yüksək risk qrupuna aid olan hematoloji xəstələrdə, transfuziyanın mütəmadi həyata keçirilməsi infeksiyaya yoluxma riskini artırır.
 
Eyni zamanda qanla yoluxan infeksiyalar qan transfuziyası ilə yanaşı, cinsi yolla və invaziv (stomatoloji, ginekoloji, cərrahi və s.) hər hansı bir prosedurun icrasından sonra da görülə bilər.
 
Ötən həftə ərzində sosial mediada Mərkəzi Qan bankının işini şübhəyə salan, elmi sübutu olmayan, pasiyentləri və donorları təşvişə salan yanlış məlumatlar paylaşılıb. Əsassız yayılan məlumatlar isə vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.
 
Müvafiq məsələ ilə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkləzi adiyyəti rəsmi qurumlara lazımı tədbirlərin görülməsi ilə bağlı müraciət edib.
 
Mərkəz pasientləri və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi və elmi əsaslara dayanan məlumatlara istinad etməyə çağırır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Rəşad Mahmudov:
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Ömrünün 27 ilini  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Yusif Məmmədov
Qubadlı RMX-nın direktoru vətəndaşların müraciətlərini dinləyib