Qəbələdə ilk dəfə olaraq 4 yaşlı uşaq üzərində anadangəlmə sindaktiliya əməliyyatı icra olunub
01.03.2024 11:17

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 4 yaşlı uşaq üzərində icra olunan barmaqların aralanması cərrahi əməliyyatı uğurla nəticələnib.

 

Aztibb.az-a xəstəxanadan verilən məlumata görə, tibb müəssisəsində ilk dəfə olaraq anadangəlmə sindaktiliya, el arasında "yapışmış barmaqlar" olaraq bilinən anomaliya ilə əlaqədar 4 yaşlı uşaq üzərində barmaqların aralanması əməliyyatı icra olunub.

 

Barmaqlar qasıq nahiyədən alınan dəri qrefti ilə qreftlənib.

 

Sözügedən əməliyyat həkim-travmatoloq ortopedi Azər İlyasov və Əhməd Rəşid tərəfindən icra edilib.