Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeriyə bilməmək şikayəti ilə müraciət edən pasiyent uğurlu əməliyyatdan sonra evə buraxılıb
29.02.2024 16:06
Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeriyə bilməmək şikayəti ilə müraciət edən 45 yaşlı pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, pasiyent beldən sağ ayağa yayılan kəskin ağrılar, keylik, yeriyə bilməmək şikayətləri ilə tibb müəssisəsinə müraciət edib.
 
MRT müayinə nəticəsinə əsasən L5-S1 fəqərəarası diskin sekvestrasiya olunaraq kaudala miqrasiya etmiş böyük ölçülü yırtığı aşkar edilib.
 
Həkim Aygün Zeynalova tərəfindən uğurlu əməliyyat olunaraq nevroloji defisitsiz evə yazılıb.