Səhiyyə Nazirliyi Füzuli şəhərində sağlam həyat tərzinin təbliğinə dair maarifləndirici aksiya keçirib
23.02.2024 16:11
Azərbaycan Respublikasının əsas prioritetləri sırasında dayanan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında Səhiyyə Nazirliyi tərəfindən sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbirlər davam etdirilir. Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Füzuli şəhərində məktəbyaşlı uşaqlar və onların valideynləri üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici tədbir və aksiya keçirilib.
 
Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, Mərkəzin nümayəndələri “Sağlamlığın qorunması”, “Sağlam həyat tərzi” və digər mövzularla bağlı təqdimatlarla çıxış ediblər. Məktəbyaşlı uşaqların hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyin, hər gün fiziki aktiv olmağın və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib. Ölkəmizdə aparılan məqsədyönlü maarifləndirmə tədbirlərinin əhəmiyyəti və gənc nəslin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
 
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” internet portalı https://saglamusaq.az/ və mobil əlavəsi barədə geniş məlumat təqdim olunub. Bildirilib ki, şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulan portalda sağlamlığın qorunması və möhkəmləndirilməsi ilə bağlı faydalı məlumatlar, maarifləndirici materiallar, videoçarxlar və interaktiv oyunlar toplanılıb.
 
Tədbirdən sonra keçirilən maarifləndirici aksiyada sağlam həyat tərzi geniş təbliğ və təşviq olunub, zərərli vərdişlərin fəsadlarını təsvir edən rəsmlər sərgilənib. Həmçinin, şagirdlər arasında əldə edilən biliklərin möhkəmləndirilməsi istiqamətində sağlam həyat tərzinə dair interaktiv viktorina təşkil edilib. Aksiya iştirakçılarına sağlam həyat tərzini təbliğ edən hədiyyələr təqdim olunub.
 
Maarifləndirici tədbir və aksiyada 300-ə yaxın şagird, müəllim və valideyn iştirak edib.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Şuşa Rayon Mərkəzi Xəstəxanası vakansiya elan edir   
TƏBİB Mülki müdafiə üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir  
Antibiotiklərdən özbaşına istifadə etməyin!
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə işçi axtarılır
Azərbaycanlı həkim ABŞ-da beynəlxalq tədbirdə iştirak edib
Yeni dərman ağır qan laxtalanması xəstəliyini müalicə edir
“Həkimlərimizi tanıyaq!” rubrikası: Travmatoloq-ortoped Elvin Əsədov
TƏBİB Tibbi təhsil və innovasiyalar departamentinə işçi axtarır
 Azərbaycan əsilli ilk Nobel Sülh mükafatçısı ATU-nun qonağı olub   
 TƏBİB aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir   
 Diaqnoz Tibb Mərkəzi tərəfindən maarifləndirici aksiyalar davam etdirilir   
Milli Hematologiya və Transfuziologiya Mərkəzində kadr dəyişikliyi olub  
Respublika Klinik Xəstəxanasının həkimləri 2 yaşından hemofiliya A xəstəliyindən əziyyət çəkən 15 yaşlı pasiyenti müalicə ediblər
Respublika Kliniki Uroloji Xəstəxanasında akademik Mirməmməd Cavadzadəyə həsr olunan konfrans keçirilib
Ürək-damar xəstəliklərinə tutulmamaq üçün nə etməli?