ÜST: Səhiyyə sahəsində ChatGPT kimi proqramlardan istifadə edərkən diqqətli olmaq lazımdır
22.01.2024 10:42

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə sahəsində ChatGPT kimi proqramlardan istifadə edərkən ehtiyatlı olmağa çağırıb.


Aztibb.az xəbər verir ki, ÜST-dən verilən açıqlamada, xəstəlik diaqnozu kimi sağlamlıq sahəsində süni intellektin istifadəsinin geniş vüsət aldığı diqqətə çatdırılıb.


Açıqlamada vurğulanıb ki, ChatGPT və Google Bard kimi Böyük Dil Modellərindən (LLM) istifadə edərkən ehtiyatlı olmaq lazımdır, çünki onlar qeyri-adekvat şəraitdə xəstəliyin diaqnozuna kömək etməklə yanaşı, həm də risklər daşıyır.


Bəyanatda ÜST-ün sağlamlıq tədqiqatlarına töhfə vermək üçün LLM-dən istifadə etməkdə "həvəsli" olduğu vurğulanır, lakin sınaqdan keçirilməmiş sistemlərin sürətlə mənimsənilməsinin səhvlərə səbəb ola biləcəyi və xəstələrə zərər verə biləcəyi bildirlir.


Açıqlamada, LLM-nin ardıcıl şəkildə tətbiq edilməməsi ilə bağlı narahatlıqların olduğu və bu təcrübənin süni intellektə olan inamı da sarsıda biləcəyi ifadə edilib.


Bəyanatda vurğulanır ki, LLM ictimaiyyət üçün etibarlı sağlamlıq məlumatlarından ayırd etmək çətin olan mətn, audio və ya video məzmun şəklində yüksək inandırıcı dezinformasiya hazırlamaq və yaymaq üçün sui-istifadə edilə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA