53 ədəd maqnit oyuncağı udan 4 yaşlı uşaq Mərkəzi Klinikada uğurla əməliyyat olunub
10.01.2024 09:38
53 ədəd maqnit oyuncağı udan 4 yaşlı uşaq bir ay bağırsağında onlarla yaşayıb.
 
Maqnitlər uşağın həyatını riskə atdığından, o, Mərkəzi Klinikada dərhal cərrahi əməliyyat olunub. 
 

Mərkəzi Klinikadan Aztibb.az-a bildirilib ki, bağırsaq divarı kəsilərək 53 ədəd təhlükəli maqnit 1 ay sonra çıxarılıb.

 

Əməliyyat Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynov və uşaq cərrahı Günel Əmiraslanova tərəfindən icra olunub.

 

Hazırda uşağın vəziyyəti yaxşıdır, yaxın günlərdə evə yola salınacaq.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları