Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - QƏRAR  
11.12.2023 12:27

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb.

 

Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.