Vətən müharibəsi əlillərinə avtomobillər təqdim edilib  
08.12.2023 15:37

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50 nəfərə minik avtomobilləri verilib.

 

Aztibb.az Nazirliyin feysbuk səhifəsinə istinadla bildirir ki, avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov təqdim edib.

 

Qeyd olunub ki, həssas əhali qruplarından olan şəxslərlə bağlı icra olunan sosial dəstək paketinin mühüm bir istiqaməti də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillərlə təminatıdır.

 

Bu tədbirlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da icra olunur. Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

 

Postmüharibə dövründə 5 600, ümumilikdə ötən dövrdə 14,4 min mənzil və fərdi ev təqdim olunub. Dövlət başçısının tapşırığı ilə bu kateqoriyadan olan vətəndaşlarımıza 2023-cü ildə ən azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

 

Ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.

 

Qeyd olunub ki, mühüm sosial proqramlardan biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatıdır. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də bu proqramla əhatə olunaraq avtomobillə təmin edilirlər.

 

Hazırda təqdim edilən 50 avtomobil də daxil olmaqla postmüharibə dövründə 374, ümumən ötən dövrdə 7550 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

 

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, yeni avtomobillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır