Qəbizlik və depressiya dağınıq sklerozun erkən əlamətləridir
08.12.2023 13:42

Qəbizlik, depressiya, həmçinin sidik yollarının infeksiyaları və sidik kisəsinin iltihabı sağalmaz otoimmun xəstəliyin, dağınıq sklerozun ilkin əlamətləri arasındadır.

Aztibb.az “Daily Mail”ə istinadən xəbər verir bu barədə Sorbonna Universitetinin nevroloqu Selin Loipre xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, dağınıq skleroz diaqnozu qoyulmuş xəstələrin 20 min tibbi qeydini təhlil etdikdən sonra məlum olub ki, onlar diaqnoz qoyulmazdan əvvəl dağınıq sklerozu olmayan insanlardan 50% daha çox qəbizlikdən şikayət ediblər.

Bundan əlavə, ilkin mərhələdə onların sidik yollarının infeksiyalarının inkişaf riski 38%, reproduktiv sistem pozğunluqları - 37%, depressiya - 22% və sidik kisəsi infeksiyaları - 21% daha yüksək olub.

Elmi işin müəllifi qeyd edib ki, sadalanan simptomlar onlarda xəstəliyin digər, daha aşkar əlamətləri olan bulanıq görmə, həssaslığın itirilməsi, yeriməkdə çətinlikdən beş il əvvəl yarana bilər.

Eyni zamanda, nevropatoloq vurğulayır ki, qəbizlik, depressiya və infeksiyalar başqa səbəblərdən də yarana bilər və onların mövcudluğu dağınıq sklerozun inkişafını birbaşa göstərmir. Ancaq bir insanın bu ağır otoimmun xəstəliyə irsi meyli varsa, bu simptomlar haqqında daha dolğun məlumat mütəxəssisə düzgün diaqnoz qoymağa kömək edəcəkdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA   
Masallı Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid analarının müalicə prosesi ilə tanış olub
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
“Sağlamlığa Doğru Qaç!” layihəsi LƏNKƏRANDA