“Scientific Reports”: Qripə qarşı peyvənd infarkt riskini 26% azalda bilər
07.12.2023 13:21

Qrip peyvəndi infarkt riskini 26% azalda bilər. Tədqiqatçılar orta yaşı 61 olan 9059 xəstənin məlumatlarını təhlil ediblər. Onlardan 4529-u qripə qarşı peyvənd, qalanları isə plasebo alıb.

Aztibb.az xəbər verir ki, “Scientific Reports” hesabatına görə, onlar orta hesabla doqquz ay izlənilib.

Bu müddət ərzində peyvənd olunmuş 86 xəstə və plasebo qrupunda 116 nəfər infarkt keçirib. Peyvənd edilmiş insanların infarkt keçirmə ehtimalı 26%, ürək-damar xəstəliklərindən ölmə ehtimalı isə 33% azalıb.

Qrip infeksiyası damarlarda yağların və xolesterolun yığılmasına kömək edən sistemik iltihaba səbəb ola bilər. Bundan əlavə, qrip bir insanı ikincil infeksiyalara qarşı daha həssas edə bilər ki, bu da iltihabı pisləşdirə bilər.

Tədqiqat mövsümi qripə qarşı peyvəndlərin xüsusilə 65 yaşdan yuxarı insanlar, hamilə qadınlar və astma, şəkərli diabet, ürək və böyrək xəstəlikləri kimi xroniki xəstəlikləri olan xəstələr üçün vacib olduğunu təsdiqləyir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Rəşad Mahmudov:
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Ömrünün 27 ilini  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Yusif Məmmədov
Qubadlı RMX-nın direktoru vətəndaşların müraciətlərini dinləyib