Aspirin xərçəngin müalicəsində faydalı ola bilər
07.12.2023 12:27

Ən asan əldə edilən və geniş yayılmış dərmanlardan biri olan aspirin də xərçəngin çox təsirli müalicəsi ola bilər.

Aztibb.az “Actual News” portalına istinadən xəbər verir ki, alimlərin aşkar etdiyi kimi, bu dərman xərçəng müalicəsi zamanı damar fəsadlarının riskini azalda bilər, həmçinin şiş metastazlarının yayılmasının qarşısını alır.

Uelsdəki Kardiff Universitetindən bir qrup tədqiqatçı aspirinin xərçəngin müalicəsində təsirlərini müəyyən edən bir araşdırma və təhlil dərc etdirib. Elm adamları öz işlərində müxtəlif növ xərçəngi olan 1 milyona yaxın insanın iştirak etdiyi yüzdən çox araşdırmanın nəticələrini təhlil ediblər. Nəhayət, müəyyən edilib ki, müntəzəm olaraq aşağı dozada aspirin qəbulu xərçəng və digər səbəblərdən ölüm hallarının təxminən 20% azalması ilə əlaqələndirilir.

"Hələ 1968-ci ildə aspirinin onkologiyanın müalicəsində faydalı ola biləcəyi ilk dəfə müəyyən edilib, çünki bu dərman bu cür xəstəliklərin bir sıra əsas bioloji mexanizmlərinə təsir göstərir, xəstələrdə metastaz və damar ağırlaşmaları riskini azaldır.

Yeni araşdırma aspirinin xərçəngin müalicəsində effektivliyini dəstəkləyən müsbət sübutlar tapıb.

Sübut etmək mümkün olub ki, bu dərmanın aşağı dozaları metastaz riskini nəzərəçarpacaq dərəcədə azaldır və ürək-damar sistemi üçün ağırlaşmaların şiddətini, o cümlədən qan laxtalarının əmələ gəlməsini azaldır.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır