Barat Yusubov: "Azərbaycanda rəsmi qeydiyyatdan keçən diabet xəstələrinin sayı 300 mini ötüb"  
05.12.2023 10:24
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada “Diabet və ağırlaşmaları” adlı konfrans keçirilib.
 
Klinikadan Aztibb.az-a verilən məlumata görə, konfransda müəssisənin direktoru Barat Yusubov “Azərbaycan Endokrinoloqlar Cəmiyyəti”nin qeydiyyatdan keçdiyini elan edərək cəmiyyətin sədri Xəyyam Eyvazovu həkimlərə təqdim edib.
 
Diabetdən əziyyət çəkən insanların sayının sürətlə artdığını deyən direktor şəkərli diabet xəstələrinin sayının 2030-cu ilə qədər 643 milyon, 2045-ci ildə isə 783 milyona qədər artacağının ehtimal olunduğunu bildirib.
 
Barat Yusubov ölkəmizdə də diabet xəstələrinin sayının son 10 ildə 3 dəfə artdığını bildirərək, hazırda rəsmi qeydiyyatdan keçən şəxslərin 300 mini keçdiyini qeyd edib.
 
Daha sonra direktor “Diabet və ağırlaşmaları” kimi konfransların bu xəstəliyə multidisiplinar yanaşmanın təmin edilməsində mühüm rol oynadığını vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.
 
İki paneldən ibarət konfransda bir neçə tibb müəssisəsindən olan həkimlər məruzəçi kimi müxtəlif mövzularda çıxış ediblər.
 
Sonda tədbir iştirakçıları sertifikatla təltif olunublar.
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır