"Keçirilmiş qızılcadan sonra davamlı immunitet əmələ gəlir" - Pediatr
04.12.2023 15:07
Qızılca olduqca yoluxucu olan kəskin virus mənşəli xəstəlikdir. Qızılca virusu hava damcı yolu ilə yayılan və qrip virusundan daha yoluxucu olan xəstəlikdir.
 
Aztibb.az xəbər verir ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Ceyhunə Əmrahova son vaxtlar sürətlə yayılan qızılca xəstəliyi barədə məlumat verib.
 
Həkim bildirib ki, xəstəliyin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəliyin mənbəyi isə qızılca virusuna yoluxmuş insanlardır. Xəstəliyin kataral dövrü və səpkinin ilk günləri xəstələr daha çox yoluxucu hesab olunurlar.
 
Onun sözlərinə görə, xəstəliyin gedişatında üç mərhələ ayırd edilir: kataral, səpki, piqmentasiya dövrü. İnkubasiya dövrü əsasən 6-17 gündür. Kataral dövrdə ümumi intoksikasiya əlamətləri, halsızlıq, baş ağrıları, iştahsızlıq, zökəm əlamətləri, öskürək, konyuktivit, hərarətin olması xarakterikdir.
 
"Kataral dövr 4-5 gün çəkir. Daha sonra səpkilər dövrü başlayır və 3-4 gün davam edir. Səpkilər hiperemiya fonunda birləşməyə meylli olub, burun ətrafında, qulaq ardında, göz qapaqlarında eləcə də bütün sifətə boyuna və 2 ci gün gövdəyə və qollara yayılır. 3 cü gündən bütün bədən səthində olur. 2-3-cü günlər yanaqlarda, diş ətinin selikli qişasında qızılca üçün patoqnomik olan səpkilər nəzərə çarpır.
 
Piqmentasiya dövründə isə səpkilər tündləşir və kəpəkvari qabıqlanma müşahidə olunur, 5-8 gün davam edir. Bu dövrdə artıq xəstənin vəziyyəti yaxşılaşır. Lakin risk qrupu uşaqlarda qızılca xəstəliyi ensefalit (beyin iltihabı), pnevmaniya, laringit, kolit və s. ilə ağırlaşa bilər", - deyə Ceyhunə Əmrahova əlavə edib.
 
Pediatr bildirib ki, keçirilmiş qızılcadan sonra davamlı immunitet əmələ gəlir. Ağır olmayan hallarda evdə yataq rejimi, şəxsi gigiyenaya düzgün riayət etmək, otağın havasını tez-tez dəyişmək, qida rejiminə riayət etmək (çoxlu maye qəbulu, bol meyvə-tərəvəz) Ağır hallarda stasionar müalicə göstərişdir. Qızılcanın profilaktikasında immunizasiya böyük əhəmiyyət kəsb edir. Qızılcaya qarşı aparılan peyvəndin iki dozası xəstəlikdən 97% qoruyur.
ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Dişləri sıxmaq nəyə səbəb olur?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub