ATU-da tədrisin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzindədir
01.12.2023 16:00

ATU-nun imtahan ekspertlərinin geniş tərkibdə görüşü keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, görüşdə çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi daim universitet rəhbərliyinin qarşısında duran əsas məsələlərdəndir. Bu baxımdan qiymətləndirmə prosesinin daha ədalətli aparılması çox önəmlidir.

 

"İimtahan prosesində diqqət yetirilməsi vacib olan məqamlar və atılacaq addımlar barədə hərtərəfli məlumata malik olmalıyıq", - deyə bildrən professor Sabir Əliyev testlərin hər il yenilənməsini zəruri hesab edib. Prorektor tədrisin aparılma qaydalarından bəhs edərək bəzi kafedra müdirlərinin yerində olmadığını, tələbələrin dərs vaxtı nəzarətsiz qaldığını önə çəkib. Belə neqativ halların gələcəkdə təkrarlanacağı halda, ciddi tədbirlərin görüləcəyini deyən Sabir Əliyev əlavə edib ki, belə problemlər tədrisin nəticələri yoxlanılıb müzakirə edilmədiyi üçün meydana çıxır. Bildirib ki, bu görüşlərin əsas məqsədi imtahanların problemsiz şəkildə keçirilməsi ilə yanaşı, həm də movcud çatışmazlıqların vaxtında öyrənilib aradan qaldırılmasıdır.

 

İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova imtahan prosesində aparılan yeniliklər və diqqət göstərilməli məqamlardan bəhs edib: “Fənni tədris edən müəllim bəzən tələbələrə imtahanda keçən ilin suallarından düşəcəyini deyir. Tələbə də o istiqamətdə hazırlaşır. İmtahan zamanı isə müəllimin dedikləri olmayanda, tələbələr pis vəziyyətdə qalır. Bəzən köhnə test suallarının da düşdüyünə rast gəlinir. Əlbəttə ki, bu barədə lazımi tədbirlər görürük. Bəli, bəzən tələbəyə dərs proqramından kənar suallar da düşür. Təsəvvür edin, proqramdan kənar bir sual 80 tələbəyə düşə bilər”.

 

II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli bildirib ki, kafedralarda tədrisə nəzarət işində problem olması barədə tələbələrdən dekanlığa şikayətlər gəlir: “Biz saat 9:00-da “Latın dili” korpusunda yerləşən kafedralarda olduq və dərs 8:30-da başlasa da, müəllimlərdən gəlməyənlər var idi. Və ya tələbələr otaqda oturub, müəllimlər isə dəhlizdə gəzişir. Bu cür halı heç cür başa düşmək olmur. Bunları görən tələbə o biri günlər dərsə gec gəlir, qayıb yazılanda isə iradını bildirir. Kafedra müdirləri tədris prosesinə nəzarət etməlidir ki, bu çatışmazlıqlar aradan qalxsın”.

 

Bu görüşün obyektiv və subyektiv səbəbləri olduğunu vurğulayan ATU-nun Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov universitetimizin çoxpilləli proqrama qoşulmasından sonra tədris prosesində olan bəzi məsələlərin gündəmə gətirilməsinə zərurət yarandığını söyləyib. Qeyd edib ki, oktyabr ayında rezidentura pilləsində imtahan keçirilib və tələbələrin çoxu sualların bəzilərini universitetdə təhsil alan zaman gördüklərini deyiblər: "Testlər tərtib olunanda kafedralar diqqət yetirməlidir ki, bunu hansı pillə üçün tərtib edirlər. Gələn ildən aparılacaq audit yoxlamalar problemlərin fərqli formada üzə çıxmasına səbəb olacaq”.

 

Departamentin əməkdaşlarının dekanlarla birlikdə kafedralarda yoxlamalar apardığını deyən K.Yaqubov əlavə edib ki, bu yoxlamalarda kafedra müdirləri xoşməramlı formada iştirak etməlidirlər.

 

Müzakirələri yekunlaşdıran professor S.Əliyev tədris prosesinin gedişində mövcud olan problemlər barədə lazımi tədbirlərin görüləcəyini söyləyib. O, neqativ halların aradan qaldırılması üçün bir sıra göstərişlər verərək məsul şəxsləri problemlələrdən ciddi nəticə çıxarmağa çağırıb.

ÇOX OXUNANLAR
Akademik Əhliman Əmiraslanov: “Respublikamızın ixtisaslaşdırılmış tibb müəssisələrində protezlə təchizat işi qənaətbəxş vəziyyətdədir
Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub  
Prostat vəzi xərçənginin müalicəsində irəliləyiş - Yeni dərman hazırlanıb
Niyə elm ənənəvi təbabətə inanmır?
Tanınmış cərrah Ramiz Məlikov vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
Pirallahı Tibb Mərkəzində EEQ müayinələrinə başlanılıb
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib  
Ödənişsiz Kt və MRT müayinələri Referans Qəbələ Tibb Mərkəzində!
Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq
Mərkəzi Gömrük Hospitalında seminar: “Qan və komponentlərinin transfuziyasının aparılması və nəzarət“
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu vakansiya elan edir
Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətlərinə dair görüş keçiriləcək
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!