ATU əməkdaşı metabolik və bariatrik cərrahiyyədən sonra oruc tutmağın təsiri ilə bağlı beynəlxalq sorğuda iştirak edib
01.12.2023 13:15

Bir sıra ölkələrdə oruc tutmağın bariatrik cərrahiyyə keçirmiş şəxslərə təsiri ilə bağlı elmi araşdırma aparılıb. Tədqiqatda 11 ölkədən olan 21 mərkəzin nümayəndələri iştirak ediblər. Tədqiqatın müəllifləri sırasında Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı, cərrah Tariyel Ömərov da var.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Araşdırmanın işçi qrupunun üzvü, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d  T.Ömərovun dediyinə görə, araşdırmanın nəticələri hər 3 ildən bir yenilənir. Məqsəd bariatrik və metabolik cərrahiyyə keçirmiş insanlarda orucluq zamanı və bundan sonrakı dövrdə yarana biləcək riskləri minimuma endirmək, xəstələri düzgün istiqamətləndirmək üçün konkret tibbi tövsiyələr hazırlamaqdan ibarətdir.  

 

Araşdırmada iştirak edən xəstələrin orta yaşı 36-40 yaş arası olub. Onlarda daha çox mədə-bağırsaq sisteminin üst qatlarında ağırlaşmalar müşahidə olunub. yalnız pasiyentlərin 4,5 faizində  cərrahi müalicəyə ehtiyac yaranıb. 

 

Azərbaycanlı təbibin də iştirak etdiyi beynəlxalq araşdırmanın nəticələrin artıq nature.com platformasında dərc edilib. https://www.nature.com/articles/s41598-023-47673-w

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır