Mərkəzi Gömrük Hospitalında Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib  
01.12.2023 12:00
Mərkəzi Gömrük Hospitalının və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib.
 
Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.
 
Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Ümumdünya QİÇS-lə Mübarizə Gününun tarixi barədə məlumat verib. O, QİÇS-ə yoluxma hallarından, bu xəstəliyə yoluxmanın risk faktorlarından danışıb. Dosent İ.Əfəndiyev hər bir iştirakçının bu tədbirdən faydalanacağına, bilik və vərdişlərini artırmasına ümidvar olduğunu deyib.
 
Daha sonra Azərbaycan Respublikası Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə Azərbaycan və dünyada QİÇS-lə bağlı epidemioloji vəziyyət, ölkədə mövcud qaydalar, qanda skrinniq, HİV indikatorları, terapiya və müalicə və s. barədə ətraflı məlumat verib. Bildirib ki, Ümumdünya QİÇS-lə Mübarizə Gününün qeyd edilməsi insanların bu problemə, bu xəstəliyə diqqətini artırmaq məqsədi daşıyır.
 
Onun sözlərinə görə, bu xəstəlik insanların biliyindən və davranışından asılıdır. Şüurlu insan bu virusa yoluxmaya bilər. Maarifləndirici tədbirlər tez-tez əhali arasında aparılır. Bu gün isə biz bu tədbiri tibb işçiləri arasında keçiririk. Bu tədbir həkimlərin diqqətini bu məsələlərə cəlb etmək üçün biliklərimizi paylaşmaq, mütəxəssislərlə bölüşmək imkanı yaradır. Səbinə Babazadə QİÇS-ə yoluxmanın yolları, onunla mübarizə üsulları və müalicəsindən danışıb.
 
Daha sonra Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev Azərbaycanda olan epidemioloji vəziyyətlə bağlı statistik rəqəmləri diqqətə çatdırıb. O, infeksiyaya yoluxma yolları, xəstəlikdən qorunma üsulları və profilaktik tədbirlərdən danışıb.
 
Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Samirə Vəliyeva da İİV/QİÇS-in müalicəsi və HİV indikatorlar haqqında təqdimatlarla çıxış edərək HİV, hamilələrdə müayinələrin aparılması, hamilələrin vaxtında müayinəyə cəlb olunmasından bəhs edib. Bildirib ki, HİV pozitiv hamilə qadın HİV neqativ (yəni bu virusa yoluxmamış) uşaq dünyaya gətirə bilər, bunun üçün lazımi tədbirlər vaxtında görülməlidir. Samirə Vəliyeva təmasdan sonra profilaktika və təmasdan öncə profilaktika haqqında da ətraflı məlumat verib.
 
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasına dəstək olmaq və tibb işçilərinin maarifləndirilməsidir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır