Gəncədə daha əvvəl hamiləliyi olmayan 35 yaşlı qadına miomektomiya əməliyyatı icra edilib
30.11.2023 09:42
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxanada 35 yaşlı və daha əvvəl hamiləliyi olmayan qadına miomektomiya əməliyyatı icra edilib. Uşaqlıq saxlanılmaqla həyata keçirilən əməliyyat zamanı iri ölçülü miomalar xaric olunub.
 
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, qarın şişkinliyi, qanaxma və bu kimi digər şikayətlərlə xəstəxanaya müraciət edən qadın ilk olaraq müayinə olunub və nəticədə xəstədə təxmini ölçüləri 25, 8, 5 smlik olan iri miomalar aşkar edilib ki, bu cür böyük ölçülü miomalar qadınlarda hamilə qalmağı əngəlləyir.
 
Bu xəstələrin ən böyük qorxusu uşaqlıq və uşaqlıq yolunun zədələnməsidir. Miomanın götürülməsi və ya uşaqlığın çıxarılması xəstələrin gələcəkdə ana olmaq xəyallarını tamamilə məhv edir. Lakin miomanın ölçüsündən asılı olmayaraq yalnız miomanı çıxarmaq mümkündür.
 
Əməliyyatı Ginekologiya və doğum şöbəsinin uzman həkim-mama-ginekoloqu Gülnar Səmədova, ginekoloqlar Şəhla Hüseynova və Yeganə Səmədovna icra ediblər.
 
Uğurla keçən əməliyyatla miomalar xaric edilib və müayinədən sonra bu miomaların xoşxassəli olduğu müəyyən edilib.
 
Qeyd edək ki, əməliyyatdan 6 ay sonra qadına hamilə qalması üçün müalicə təyin ediləcək.
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır