Mayalanmış qidalarda olan hər bakteriya probiotik deyil
30.11.2023 10:08

Mütəxəssislər probiyotik anlayışının bəzən yanlış istifadə edilən bir termin olduğunu vurğulayaraq, fermentləşdirilmiş qidalarda olan hər bakteriyanın probiotik olmadığını bildirirlər.

Aztibb.az “Medimagazin” portalına istinadən xəbər verir ki, professor Tarkan Karakan bağırsaqlarda yaşayan trilyonlarla mikroorqanizmlərin bədənimizdəki hüceyrə sayından on qat çox olduğunu və bu mikroorqanizmlərin əslində insan bədəninin mühüm bir hissəsi olduğunu bildirib.

Onun sözlərinə görə, bu mikroorqanizmlərin olması insanların təkcə bioloji quruluşuna deyil, həm də sağlamlıq vəziyyətinə böyük təsir göstərir.

Professor sağlam bağırsaq tərkibinin sağlam immun sisteminə birbaşa təsir etdiyini açıqlayıb. Bu, bağırsaq mikrobiotasının müxtəlif xəstəliklərlə mübarizədə mühüm rol oynadığını göstərir.

Xəstəliklər və bağırsaq mikrobiotası

Həkim bağırsaq mikrobiotasındakı balanssızlıqların (dysbiosis) allergik xəstəliklər, çölyak xəstəliyi, tip 1 və 2 diabet, piylənmə, metabolik sindrom, iltihablı bağırsaq xəstəliyi, autizm, depressiya və ruhi pozğunluqlar kimi bir çox sağlamlıq problemi ilə əlaqəli olduğunu ifadə edib. O, xüsusilə xərçəng və ürək xəstəlikləri ilə bağırsaq mikrobiotası arasında ciddi əlaqənin olduğuna diqqət çəkib.

Antibiotiklərin və probiyotiklərin təsiri

Professor antibiotiklərdən geniş istifadənin bağırsaq mikrobiotasına mənfi təsirlərinə də toxunub. O, antibiotiklərin xüsusilə uşaqlıq dövründə bağırsaq mikrobiotasını məhv edə biləcəyini, piylənmə və allergik xəstəliklər kimi sağlamlıq problemlərinin artmasına səbəb ola biləcəyini deyib:

“Xüsusilə 1 yaşından əvvəl antibiotik qəbul edənlərdə 5 dəfə artım aşkar edilib. Antibiotiklərdən 5-15 yaş arası istifadə edilərsə, risk 1,5 dəfə artır. Antibiotiklərin hər kursu riski 6% artırır. İltihabi bağırsaq xəstəliyi baxımından antibiotiklərə məruz qalan uşaqlarda xəstəliyin inkişaf riski digərləri ilə müqayisədə 5 dəfə artır. Piylənmə baxımından, körpəlikdə antibiotiklərə məruz qalma bağırsaqların bakteriya quruluşuna daimi təsir göstərir və yetkinlikdə piylənmə riskini 2-3 dəfə artırır”.

Fermentasiya edilmiş qidalar və sağlamlıq

Həkim qatıq kimi fermentləşdirilmiş qidaların bağırsaq sağlamlığına təsirlərindən danışıb. O, qatığın probiotik təsirindən əlavə, mədə turşusunu keçə bilməyən bakteriyaların olduğunu və buna görə də hər fermentləşdirilmiş qidanın probiotik olmadığını izah edib. Turşu, şalgam kimi ənənəvi qıcqırdılmış məhsulların da bağırsaq mikrobiotasına töhfə verə biləcəyini, lakin onlara müalicəvi məqsədlər üçün deyil, sağlam qidalanmanın bir hissəsi kimi baxılması lazım olduğunu vurğulaıb

Gələcəyin sağlamlıq konsepsiyası

Nəhayət, professor Tarkan Karakan bağırsaq mikrobiotasının sağlam həyat üçün getdikcə daha çox əhəmiyyət kəsb edəcəyini və bir çox xəstəliyin diaqnoz və müalicəsində əhəmiyyətli rol oynayacağını proqnozlaşdırıb. O, bu sahədə aparılan araşdırmaların sağlamlığımızın qorunmasına və yaxşılaşdırılmasına yanaşmalarımızı formalaşdıracağını diqqətə çatdırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Dişləri sıxmaq nəyə səbəb olur?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub