
Pirallahı Tibb Mərkəzinin təşəbbüsü, Pirallahı Rayon İcra Hakimiyyəti və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, aksiya rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, o cümlədən rayon ictimaiyyətinin yüksək fəallığı ilə müşahidə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və millət vəkili Rauf Əliyev aksiyada iştirak ediblər.
RİH başçısı iştirak edənlərə müraciətlə bildirib ki, qan vermək insan sağlamlığına xidmət edən amillərdən biridir və verilən qan 2 ay müddətinə orqanizmdə bərpa olunur.
Məlumat üçün qeyd edək ki, qanvermədən öncə bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutub. Aksiyada 600-dən çox rayon sakini iştirak edib.
Sonrakı mərhələdə toplanan qan komponentləri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaqdır.












_1742194537_1e254_148.jpg)

