“Aktual uroandroloji patologiyalara müasir yanaşma” adlı konfrans keçirilib
29.11.2023 11:17

Gəncə şəhərində Azərbaycan uroloq və androloqlarının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Aktual uroandroloji patologiyalara müasir yanaşma” adlı konfransı keçirilib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Konfransın açılışında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

 

Tədbirdə Bakıdan 51 alim, həmçinin Gəncə və ətraf rayonlardan 34, ümumilikdə 85 həkim iştirak edib.

 

Elmi-praktik toplantıda uroginekologiya və ginekologiyanın aktual problemləri müzakirəyə çıxarılıb.

 

Müzakirələr zamanı əsasən böyrək daşının perkutan yolla çıxarılmasının yenilikləri, prostat vəzin lazer holep üsulu ilə xaric edilməsi, uşaqlarda anadangəlmə patologiyalara yanaşma və qadın uşaqlıq yolunun sallanması dərəcələri və əməliyyat texnikalarına dair məsələlərə toxunulub. Bundan başqa, uşaqlarda olan anomaliyalar və kişi sonsuzluğunda süni mayalanma metodlarında yeniliklərin müzakirəsi və bu metodların aparılma texnikaları müzakirə edilib, yeni təcrübi biliklər əldə olunub.

 

Bakıdan gəlmiş ixtisaslı həkimlərin, xüsusən də professorlar İlham Əhmədov, Rauf Nağıyev, Fuad Quliyev, Rəşad Şolan və gənc uzmanların təcrübi bilikləri konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Onların praktik təcrübələrindən gənc mütəxəssislərin faydalanması üçün geniş imkanlar yaradılıb.

 

AMEA-nın müxbir üzvü, ATU-nun professoru Sudeif İmamverdiyev və professor İlham Əhmədovun sədrliyi ilə keçən konfransda ATU-nun Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev və kafedranın dosenti Rəşad Məmmədov maraqlı məruzələrlə çıxış ediblər.

 

Praktik baxımdan xüsusi əhəmiyyət daşıyan konfransda gənc həkimlərin nəzəri məruzələri də maraqla dinlənilib. Gəncədə çalışan həkimlərdən Zamin Həşimov, Elxan Sadıqov və Zabit Quliyev özlərinin dolğun məruzələri ilə kifayət qədər təcrübəyə malik mütəxəssis olduqlarını bir daha təsdiqləyiblər.

 

Mikroskopik varikoselektomiyada aparılan yeniliklər barədə də konfrans iştirakçılarına ətraflı məlumat verilib. Eyni zamanda, bir neçə videogörüntü ilə prostatın holep üsulu ilə aradan qaldrılmasının metodikası haqqında müzakirələr aparılıb.

 

Bu konfrans Gəncə və ətraf rayonlarda gənc alimlərin özünü inkişaf etdirməsi və təcrübi biliklərin paylaşılması nöqteyi-nəzərindən olduqca faydalıdır. Belə ki, toplanan təcrübələr gələcəkdə müalicə ediləcək xəstələrdə daha effektiv nəticəyə nail olmaq imkanını artıracaq.

ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Dişləri sıxmaq nəyə səbəb olur?
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub