Nəhəng barmaqlardan əziyyət çəkən qız əməliyyat olundu
29.11.2023 09:59

Malayziyadan olan on iki yaşlı qız nadir xəstəlik - lipomatoz makrodistrofiya səbəbindən ayaqqabı geyə və ya normal yeriyə bilmir.

Aztibb.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mirror” qəzeti yazıb.

Qız gigantizmin bir növü olan nadir xəstəliklə doğulub. Hipofiz vəzinin böyümə hormonunun anormal istehsalı nəticəsində qızın iki barmağının ölçüləri nəhəng olub və bu, onun normal yeriməyə və ya standart uşaq ayaqqabısı geyinməsinə mane olub.

Həkimlər nadir diaqnozu doğuşdan qısa müddət sonra qoyublar.


Qızın valideynləri əvvəlcə buna çox əhəmiyyət verməyiblər və yalnız 12 il sonra, nəhəng barmaqları qızın normal hərəkət etməsinə və ayaqqabı geyməsinə mane olmağa başlayanda tibbi yardım axtarmaq qərarına gəliblər.

Nəticədə qızın yenidən normal yeriyə bilməsi üçün həkimlər barmaqları bərpa etmək üçün əməliyyat keçirməli olublar. Reabilitasiya müddəti başa çatdıqdan sonra malayziyalı yenidən normal ölçülü ayaqqabı geyinə biləcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır