Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan AKSİYA
28.11.2023 17:28
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Xəzər rayon İcra Hakimiyyəti ilə birgə Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan “Şəkərli diabet və göz xəstəlikləri” mövzusunda aksiya keçirilib.
 
Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.
 
Xəzər rayon sakinləri üçün təşkil olunan aksiyanın məqsədi şəkərli diabet xəstəliyi və onun fəsadları barədə əhali arasında geniş maarifləndirmə işinin aparılması olub.
 
Aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (qanda şəkərin səviyyəsinin müəyyən olunması və gözlərin müayinəsi) dəvət ediliblər. Vurğulanıb ki, şəkərli diabet qanda şəkərin səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Şəkərli diabetə nəzarət olmadıqda, qanda qlükozanın səviyyəsinin yüksəlməsi əmələ gəlir. Bu isə, orqanizmin əksər orqanlarının, xüsusilə gözlərin zədələnməsinə səbəb olur.
 
Aksiyada düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib. Qanda şəkərin miqdarını nəzarətdə saxlamaq tövsiyə olunub, bu mövzulara dair İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA