Tərtərdə aztəminatlı ailələr üçün səyyar tibbi aksiya təşkil olunub
22.11.2023 09:43
Tərtər Rayon Mərkəzi Xəstəxanasının (RMX) təşkilatçılığı ilə Tərtər rayon Hacıqərvənd kəndində yerləşən tibb məntəqəsində aztəminatlı ailələr üçün səyyar tibbi aksiya keçirilib.
 
Bu barədə Aztibb.az-a Tərtər RMX-dan xəbər verilib.
 
Aksiyanın keçirilməsində məqsəd TƏBİB-in və İcbari Tibbi Sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işlər aparmaqdır.
 
Tibbi aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (laboratoriya, terapevt, pediatr, ginekoloq, şüa-diaqnostika və s.) həkimləri tərəfindən müayinə edilərək tibbi xidmət göstərilib.
 
Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası
 Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub   
Laçın RMX-nın Qarıqışlaq kənd həkim məntəqəsinin tibb bacısı vəfat edib
Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi keçirilir
 “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” adlı simpozium keçirilib   
 ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu ürək əməliyyatı   
Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin iclası keçirilib
“Nevrologiyada tibbi genetika” adlı dərsliyin təqdimatı olub 
Xaçmazda tanınmış həkim vəfat edib
“Perry Baromedical” hiperbarik oksigen terapiyası sistemləri Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunur
Siyəzən RMX-da könüllü qanvermə aksiyası
 Famil Mustafa:
Polikistik Over Sindromunun adı dəyişdi - İllərdir natamam izah edilirmiş