Şəkər əvəzedicilərindən istifadə edirsizsə, bunları bilməlisiniz!
25.11.2023 11:12
Bir çox insan sağlam qidalanma haqda düşünərək rasionda ağ şəkəri, şəkər əvəzedicilərlə əvəz edir və bununla orqanizmə fayda verəcəyindən əmin olur. Çünki şəkər əvəzedicilər kaloriyasızdır, dadları isə şəkərdən fərqlənmir. Ancaq bunun nə qədər düzgün olması və orqanizmə zərəri haqda bilmirlər. Kimyəvi şəkər əvəzedicilər şirin, ancaq qlükozasız (karbohidratsız) olan maddələrdir. Əslində aldadıcı effektə malikdirlər. Bu təsirin nəticəsində metabolizma pozulur və yemək istəyi daha da artır.
 
Aztibb.az xəbər verir ki, bu barədə endokrinoloq Fərhad Burzu bildirib.
 
Onun sözlərinə görə, ən çox istifadə edilən şəkər əvəzedici Aspartam (E951) adi ağ şəkərdən 200 dəfə şirindir, tərkibi isə fenilalanin və asparaqin turşusudur. Bu maddənin əsas təhlükəsi 30 dərəcə qızdırıldıqda tərkibi fenilalanin və metanola çevrilməsidir. Metanol isə sonra ən təhlükəli kanseroqen formaldehidə çevrilir. İlk növbədə böyrəklər zədələnir, bədəndə şişkinliklər əmələ gəlir.
 
"Bu maddədən başqa ksilit, maltodekstrin, saxarin, sukraloza, siklamat və s. şəkər əvəzediciləri də mövcuddur. Bütün bu şəkər əvəzedicilərin insan orqanizminə çox zərərləri var. Şəkər əvəzedicilər çox gəlirli olduqları üçün bir çox əczaçılıq məhsullarında, qənnadı məmulatlarında istifadə edilir.
 
Bu səbəbdən yalnız bitki tərkibli şəkər əvəzedicilərdən istifadə etmək sağlamlıq üçün zərərsizdir", - deyə Fərhad Burzu əlavə edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Dişləri sıxmaq nəyə səbəb olur?
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub