Prostat vəzin xoşxassəli hiperplaziyasının müasir cərrahi müalicəsinə həsr olunan seminar keçirilib
21.11.2023 15:51

ATU-nun Tədris Cərrahiyyə klinikasında Rezidentura və magistratura şöbəsi, Urologiya kafedrası və Azərbaycan Endouroloji Cəmiyyəti rezidentlər üçün birgə seminar keçirib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, seminarın mövzusu urologiyanın ən aktual problemlərindən biri olan prostat vəzinin xoşxassəli hiperplaziyasının ən müasir cərrahi müalicəsinə həsr edilib.

 

Tədbiri giriş sözü ilə açan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov indiyədək keçirilən bu cür elmi tədbirlərin rezidentlər üçün faydasından danışıb.

 

Sonra Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev “Prostat vəzinin anatomiyası, fiziologiyası və xoşxassəli hiperplaziyanın patogenezi”, t.ü.f.d. Asif Cahangirov “Müxtəlif endoskopik cərrahi müalicə üsullarının müqayisəli təhlili”, TCK-nın Urologiya şöbəsinin müdiri, dosent Fikrət Əhmədov isə “TUR - Prostatektomiya zamanı və sonraki dövrdə yaranmış fəsadların təhlili və onların profilaktikası” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, prostat vəzi və onun xəstəlikləri insanlar arasında çox populyardır. Bunun da əsas səbəbi prostat xəstəliklərinin geniş yayılmsı və aktuallığıdır.

 

Məruzəçilər bildiriblər ki, dünyada kişilər arasında bütün onkoloji xəstəliklər səbəbindən baş verən ölüm hallarına görə prostat vəzi xərçəngi ikinci yerdədir. Onlar əlavə ediblər ki, prostat vəzi “kişinin ikinci ürəyi” sayılır, çünki onun sidik ifrazı, cinsi əlaqə, müvazinətin qorunmasında böyük rolu var.

 

Çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və seminar sual- cavabla yekunlaşıb.   

 

Uroloji xəstəliklər üzrə təhsil alan rezidentlər Karl Storz tərəfindən təqdim edilən simulyatorda praktiki vərdişləri öyrəniblər.

 

Sonda professor R.Nağıyev və dosent F.Əhmədov tərəfindən ən müasir üsul olan plazmokinetik TUR vasitəsi ilə bir-birinin ardınca iki əməliyyat həyata keçirilib. Aparılan əməliyyatda rezidentlər də iştirak edib və bu yeni üsulun müəyyən etaplarını onlar sərbəst icra ediblər.

ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Soltərəfli tentorial meningioma aşkar edilən pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurla əməliyyat olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Masallı Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid analarının müalicə prosesi ilə tanış olub
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
Professor Lalə Allahverdiyevanın “COVID-19: Əsrin xəstəliyi” kitabının Kembricdə təqdimatı olub
“Sağlamlığa Doğru Qaç!” layihəsi LƏNKƏRANDA