Cərrah-transplantoloq Kamran Beydullayev Səhiyyə Nazirliyinin diplomu ilə təltif edilib
31.10.2023 16:21
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Transplantasiya şöbəsinin cərrah-transplantoloqu Kamran Beydullayev səhiyyə naziri Teymur Musayev tərəfindən nazirliyin diplomu ilə təltif edilib.
 
Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.
 
Bildirilib ki, Teymur Musayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası çərçivəsində özbəkistanlı həmkarları ilə cərrahi əməliyyatlar icra edən həkimlərlə görüş keçirib.
 
Tədbirdə nazir Teymur Musayev dekada çərçivəsində icra edilən cərrahi əməliyyatların, müalicə və müayinə tədbirlərinin hər iki ölkənin həkim mütəxəssislərinin bilik və bacarıqlarının artırılması ilə yanaşı əhalinin yüksək səviyyədə sağlamlığının qorunmasında mühüm addım olduğunu qeyd edib və onları Səhiyyə Nazirliyinin diplomları ilə təltif edib.
 
Xatırladaq ki, Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası çərçivəsində Azərbaycandan olan 14 həkim tərəfindən özbəkistanlı həmkarları ilə birgə yerli əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla 100-dən artıq müxtəlif cərrahiyyə əməliyyatları icra edilib, müayinə və müalicələri həyata keçirilib.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Rəşad Mahmudov:
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Ömrünün 27 ilini  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Yusif Məmmədov
Qubadlı RMX-nın direktoru vətəndaşların müraciətlərini dinləyib