Elmi-Tədqiqat Kardiologiya İnstitutunda AKSİYA: 150-dən artıq şəhid və qazi ailəsi üzvü tibbi müayinədən keçib
24.09.2023 11:41

Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib.

 

Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.

 

Aksiya zamanı Bakı, Abşeron, Sumqayıt, həmçinin ölkə rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.

 

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.


Tədbirdə ETKi könüllüləri aktiv iştirak ediblər.


Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tibbi aksiya yüksək səviyyədə baş tutub və vətəndaşlar tərəfindən məmnunluq ilə qarşılanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Vitamin, mineral, antioksidan anbarı - Qaraciyəri təmizləyir, sümükləri gücləndirir, beyni qoruyur
 Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakant yerlər elan edilir   
Tanınmış onkoloq Əlövsət İsayevin 50 yaşı tamam olur
Suraxanı Tibb Mərkəzinin kollektivi Xocalı abidəsini ziyarət edib
Respublika Klinik Xəstəxanası vakansiya elan edir  
Xaçmazda Xocalı soyqırımına həsr edilən anım tədbiri keçirilib
 Qobustanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bu gün qədim Xocalı torpağında Azərbaycanın üçrəngli bayrağı dalğalanır
Qonartrozlu xəstələrdə hərəkət zamanı ağrı artır, istirahət vaxtı isə azalır - Revmatoloq
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
Agentliyin Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edilir
Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirilib
 Xarici həkimlər Yeni Klinika ilə tanış olublar   
Ürək sağlamlığı üçün vacib olan vitamin və minerallar hansılardır? Ürək-damar cərrahiyyə uzmanı AÇIQLADI