Zaqatalada keçirilən qanvermə aksiyasında 122 nəfər könüllü qan verib
14.09.2023 14:22

Səhiyyə Nazirliyinin nəzdindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, aksiyada xəstəxanada çalışan əməkdaşlar, könüllü vətəndaşlar, rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri fəal iştirak ediblər. Ümumilikdə müxtəlif qan qruplarına aid 122 nəfərdən qan götürülüb.

 

Keçirilən bu aksiyanın əsas məqsədi talassemiya və müxtəlif qan çatışmazlığından əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları