Oksigen çatışmazlığı qocalma prosesini ləngidir
01.06.2023 12:29

ABŞ-ın ən böyük tədris xəstəxanalarından biri olon Massaçusets Ümumi Xəstəxanasının alimləri ömrü uzatmaq üçün gözlənilməz üsul tapıblar.

Bunun üçün orqanizm oksigen istehlakını azaltmalıdır.

Aztibb.az "PLOS Biology" jurnalına istinadən xəbər verir ki, bu məqsədlə alimlər laboratoriya siçanları üzərində təcrübə aparıblar. Dörd həftəlik yaşda gəmiricilər iki qrupa bölünüb.

Birinci qrupdan olan siçanlar orta hesabla 15,7 həftə, ikincidən 23,6 həftə (yəni demək olar ki, 50% daha uzun) yaşayıblar.

Digər araşdırmalar da göstərib ki, oksigen çatışmazlığı maya, qurd və meyvə milçəklərinin ömrünü uzadır. Alimlərin fikrincə, belə şəraitdə oksidləşdirici stress nəticəsində hüceyrələr daha az zədələnir.

Bundan əlavə, oksigen çatışmazlığı hüceyrələrin bərpası prosesini aktivləşdirə, orqanizmdə neyrodegenerasiya və iltihabın səviyyəsini azalda bilər.

Alimlər digər heyvan növləri üzərində tədqiqatları davam etdirmək niyyətindədirlər. Lakin oksigen çatışmazlığının insan orqanizminə təsiri barədə nəticə çıxarmaq hələ tezdir.

Beləliklə, planetin yüksək dağlarının sakinləri həqiqətən daha uzun yaşaya bilərlər. Lakin onların aşağı doğum çəkisi və qısa boy kimi oksigen səviyyəsinin azalmasının bir növ "yan təsirləri" var.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR