16 May – Beynəlxalq İşıq Günüdür
16.05.2023 10:08

16 May – Beynəlxalq İşıq Günü (International Day of Light) UNESCO tərəfindən 2017-ci ilin noyabrında təsis edilib. Əlamətdar günün təsis edilməsinə səbəb 2015-ci ildə UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq işıq və işıqlandırma texnologiyaları ilinin (The International Year of Light and Light-based Technologies, IYL2015) keçirilməsi olub.


Bayramın tarixi isə fizik və mühəndis T.Mayman tərəfindən 1960-cı ildə dünyada ilk dəfə lazerin uğurla nümayiş etdirildiyi 16 may tarixi seçilib. Məhz müxtəlif ölkələrin, qitələrin fizika cəmiyyətləri, elmi-tədqiqat institutları və təhsil müəssisələri Beynəlxalq İşıq Günü çərçivəsində tədbirlərin təşkili və keçirilməsi, həmçinin qarşıya qoyulan vəzifələrlə bağlı məsələlərə baxılması və həll edilməsi ilə məşğul olan əlaqələndirmə şurasını yaradıblar.

İşıq texnologiyalarının sənaye və kənd təsərrüfatında, səhiyyədə, mədəniyyət və məişətə qədər hər sahədə tətbiqi geniş imkanlar yaradır.

Bununla belə süni işığın, xüsusilə smartfonlar və kompüterlərin ekranlarından gələn işığın dəriyə zərərləri və faydaları son illərin mübahisə yaradan mövzularındandır.

 

Aztibb.az süni işığın orqanizmə təsirləri barədə yazını təqdim edir:

Mavi işığın dəriyə zərərləri və faydaları

Görülə bilən işıq, gözümüzdə bir reaksiya yaradan işıq enerjisidir və bu 390-789nm ölçüsündə olan işıq dalğalarıdır. Təbii ki, dalğa ölçüsü uzandıqca zərərli təsirləri azalmaqdadır. Mütəxəssislər, 390-440 nm olan mavi işıq dalğalarının insan gözünə zərər verə biləcəyini düşünürlər.

Aparılan araşdırmalara görə, mavi işıq vücud hormonlarını tənzimləyərək bioloji ritmi normaya salır. Yeni doğulan uşaqlarda müşahidə edilən sarılıq olaraq bilinən qaraciyərin aktiv hala gəlməsi və bilirubin səviyyəsinin tənzimlənməsi üçün körpələr mavi işıqla müalicə edilir. Əksər kosmetoloqlar, dermatoloqlar sızanaqların müalicəsində mavi işıqdan istifadə edirlər.

Vücudun vitamin yaratması və aktiv hala gəlməsində mavi işığın rolu böyükdür. Xüsusilə insanlarda görülən D vitamini əksikliyi, günəşin ultrabənövşəyi və mavi dalğa boyundakı işıqlar vasitəsilə vücud tərəfindən təmin edilir. Bu baxımdan insan dərisinin mavi rəngə ehtiyacı var.

Bununla yanaşı mavi işığın zərərləri də mövcuddur. Belə ki, dəridə problemlərə yol aça bilər. Bunun üçün də günəş şüalarından qorunmaq üçün kosmetoloqlar günəş kremindən istifadə etməyi tövsiyə edirlər.

Gadgetlərin mavi işığı istənilən dəriyə zərər verir. Melatonin istehsalına maneə törədir, nəticədə insan kifayət qədər yuxuya gedə bilmir və özünü yaxşı hiss etmir. Buna görə insan sağlamlığı üçün bir çox tövsiyələr arasında, yatmadan bir neçə saat əvvəl telefon və digər cihazları bir neçə saat kənarda qoymaq məsləhət bilinir.

Böyük dozalarda görünən mavi işıq dəri üçün mənfi amil ola bilər. Eyni zamanda, eyni mavi işıq və ultrabənövşəyi şüalar dəri xəstəliklərinin müalicəsində istifadə olunan fototerapiyanın bir hissəsidir. Mavi işıq dəri ilə yanaşı göz üçün də zərərli ola bilər. Bu səbəbdən mütəxəssislər elektronik əşyalara baxarkən xüsusi eynəklərdən istifadəni tövsiyə edirlər.

Ağ işıq verən lampaların orqanizmə zərərləri

Ətrafa ağ işıq verən qənaətcil lampaların insan orqanizminə ziyanlı olduğu bildirilir. Belə ki, dünya alimləri elektrik enerjisinə qənaət edən luminiset (süd lampası və ya neon da deyilir) lampalarının 1 metrdən az məsafədə elektromaqnit çirklənmə ilə insan həyatı üçün təhlükə yaratdığını iddia edirlər. Mütəxəssislər belə lampalardan ən azı 1 metrlik məsafədə olmağı məsləhət görürlər.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu lampaların yaydığı B və C şüaları üz dərisi və gözlər üçün zərərlidir. "1 metrdən daha az məsafədə isıq verəndə luminiset lampaları elektromaqnit çirklənmə yaradır və bunun insan üçün böyük ziyanı var.

Araşdırmalar onu da sübut edib ki, luminiset lampalarının ən zərərli cəhəti titrəmə effektinin olmasıdır. Hansı ki, bunun da nəticəsində gözlər yorulur. Həmin lampaların istifadəsi zamanı rənglər təhrif olunur.

Təəssüf ki, dünyada işıq çirklənməsinin qarşısını alan real proqramlar geniş yayılmayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Akademik Əhliman Əmiraslanov: “Respublikamızın ixtisaslaşdırılmış tibb müəssisələrində protezlə təchizat işi qənaətbəxş vəziyyətdədir
Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub  
Prostat vəzi xərçənginin müalicəsində irəliləyiş - Yeni dərman hazırlanıb
Niyə elm ənənəvi təbabətə inanmır?
Tanınmış cərrah Ramiz Məlikov vəfat edib
Pirallahı Tibb Mərkəzində EEQ müayinələrinə başlanılıb
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib  
Bakı Sağlamlıq Mərkəzinin həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
Ödənişsiz Kt və MRT müayinələri Referans Qəbələ Tibb Mərkəzində!
Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq
Mərkəzi Gömrük Hospitalında seminar: “Qan və komponentlərinin transfuziyasının aparılması və nəzarət“
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu vakansiya elan edir
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək
Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətlərinə dair görüş keçiriləcək
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!