Süni intellektə beynin MRT görüntülərindən insanın fikrini oxumaq öyrədilib
03.05.2023 15:26

Texas Universitetinin tədqiqatçıları zehni oxuma sistemi yaradıblar. O, insan beyninin fəaliyyətinin təsvirlərini oxuya və onları mətnə çevirə bilir.

Aztibb.az xəbər verir ki, “Nature Neuroscience” jurnalının məlumatına görə, belə süni intellekt sistemi semantik dekoder adlanır. Onun əsas məqsədi xüsusilə insultdan sonra danışma qabiliyyətini itirmiş, lakin şüurunu saxlayan insanlara kömək etməkdir.

Daha əvvəl bənzər kəşf beyinə implantasiya edilməli olan implantlara əsaslanırdı. Lakin bu alqoritm qeyri-invazivdir, yəni bədənə nüfuz etməyi tələb etmir.

Beyin fəaliyyəti funksional maqnit rezonans görüntüləmə (fMRI) vasitəsilə qeydə alınır və sonra bu siqnallar dekoder vasitəsilə insan dilinə tərcümə olunur.

Alimlər süni intellekt təlimi üçün üç nəfərin beyin reaksiyasını qeydə alıblar. Dekoder insanların sözlər və ifadələr ardıcıllığına reaksiyalarını izləyib və sonra onu əks prosesdə istifadə etmək üçün yaddaşda saxlayıb. İnsanın beyninin sözlər ardıcıllığına necə reaksiya verəcəyini dəqiqliklə proqnozlaşdıra bilib.

ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Dişləri sıxmaq nəyə səbəb olur?
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub