Türk alimlərin beynəlxalq ədəbiyyata daxil olan insan damarları ilə bağlı yeni araşdırması
10.04.2023 17:12

İlk dəfə olaraq "sulodexide" aktiv maddəsinin insan damarlarına müsbət təsirini göstərən və ayaqdakı varikoz çapıqlarının müalicəsi ilə bağlı elmi araşdırmanın nəticələri beynəlxalq resenziyalı "Klinik Tibb Jurnalı"nda dərc edilib. 

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, Avropa Flebologiya Dərnəyinin İdarə Heyətinin üzvü, ürək-damar cərrahiyyəsi uzmanı, prof. Suat Doğancının rəhbərlik etdiyi tədqiqat qrupu daha əvvəl heyvanlar üzərində sınaqdan keçirilmiş, lakin bu günə qədər insanlar üzərində təsiri bilinməyən "sulodexide" adlı dərman aktiv maddəsini tibbi ədəbiyyata daxil ediblər.

 

Professor Suat Doğancı "sulodexide"nin qan durulaşdırıcı, damarın daxili səthini əhatə edən endotel hüceyrələrinin funksiyalarını tənzimləyən, eyni zamanda "iltihab əleyhinə" faydalı xüsusiyyətlərə malik olduğunu açıqlayıb: "Bu aktiv maddəni tədqiq etməyimizin əsas səbəbi həmin maddənin COVID-19 epidemiyası zamanı xəstələrə müsbət təsiri oldu. Bu səbəbdən də bunun üzərində işləməyə başladıq. Biz dünyada ilk dəfə olaraq bu aktiv maddənin insan damarlarına necə təsir etdiyini göstərdik".

 

Uzman həkim aktiv maddənin xalq arasında "varikoz yaraları" kimi tanınan topuq və ayaq ətrafındakı yaraların sağalmasına müsbət təsir etdiyini bildirib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır