"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
26.03.2023 18:47

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.

 

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Etibar Bədəlova da sevilən, seçilən həkimlərimizdəndir. O, bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların problemlərinə və sağlamlığına həsr edib.

 

Etibar Əli qızı Bədəlova 1957-ci ildə Göygöl rayonunun (keçmiş Samux rayonu) Ziyadlı kəndində anadan olub. 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. Nərimanov təqaüdçüsü olan həkim universitetin ictimai işlərində fəal iştirak edib. Universiteti Fərqlənmə diplomu ilə bitirdikdən sonra 1980-1981-ci illərdə Gəncə Təcili Yardım xəstəxanasında internatura təhsili alıb.
 
O, 1981-ci ildə Xanlar RMX-da təyinatla əmək fəaliyyətinə başlayıb. Etibar Bədəlova sahə həkimi, baş həkimin əhaliyə tibbi xidmət üzrə müavini, kardioreabilitasiya şöbəsində həkim-kardioloq işləyib.
 
2010-cu ildə Türkiyənin İzmir Atatürk Təhsil Xəstəxanasındə prof. Oktay Ergenenin rəhbərliyi ilə exokardioqrafiya kursu keçib.
 
Etibar Bədəlov 2010-cu ildən Göygöl Rayon Mərkəzi Xəstəxanasında həkim-kardioloq kimi fəaliyyət göstərir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır