Uşaqlarda görülən nevroloji pozuntu - Turet sindiromu
26.03.2023 15:10

Turet sindiromu uşaqlığ çağından başlayan və özündən aslı olmayaraq, davamlı təkrarlanan ani hərəkətlər və səslərdən meydana gələn, uşaqlarda görülən nevroloji bir pozuntudur. 

Aztibb.az xəbər verir ki, psixoloq Xəyalə Quliyevanın sözlərinə görə, özəliklə 4-6 yaşında ilk əlamətləri ortaya çıxır. 10-12 yaş arasında ortaya çıxanda sindirom daha ciddi irəliləyir. Oğlanlarda daha çox rast gəlinir.

Turet sindiromu olanlar normal zəka səviyyəsinə sahibdirlər. Bu pozuntu uzun illər davam edən xroniki bir pozuntudur. Sindiromu təyin etmək üçün hər hansı bir beyin tomografiyası etmək lazım deyil. Diaqnozu qoymaq üçün aşağıdakı əlamətlərin olması nəzərə alınır.

Əlamətlərin 18 yaşından öncə ortaya çıxması,
Xəstədə bir neçə əlamətin özündə birləşməsi,
Tiklərin uzun müddətli olub, 1 ilə qədər davam etməsi.

Xəstəliyin səbəbi hələdə tam olaraq məlum deyil. Beyinin motor hərəkətlərinin yerləşdiyi hissədə nevroloji bir pozuntunun meydana gəlməsindən qaynaqlana bildiyi düşünülür. DNT araşdırlrmalarından məlum olur ki, bir genin deyil, bir neçə genin təsiri ola bilər. Genetik faktorlardan başqa stress, imtahan həyacanı, yorğunluq, panika tiklərin şiddətlənməsinə və sayının artmasına səbəb ol bilər

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR