Bud-çanaq oynağının bursiti - Revmatoloqun izahında
22.03.2023 22:59

Bursit vətər və sümüklər arasında tampon rolunu oynayan və bu nahiyəni yağlayan maye kisələrinin (bursa) iltihabıdır.

Aztibb.az xəbər verir ki, revmatoloq Camal Hacıyevin bildirdiyinə görə, bud-çanaq oynağının bursitləri bud sümüyünün kənardan çıxan hissəsini dəstəkləyən bud oynağındakı maye kisəsinin infeksiyası nəticəsində baş verir.

"Bud-çanaq oynağının bursitində insan istirahət zamanı və ya idman edərkən problemli tərəfdə ağrı hiss edə bilər. Bu ağrı budun kənarından dizə qədər yayıla bilər",- həkim bildirib.

Qeyd edib ki, xüsusilə gecələr ombası üstə uzananda ağrı hiss edə bilər və bu səbəbdən yuxudan oyana bilər. Xəstə həmçinin yumşaq, dərin oturacaqda və ya stulda oturmaqda çətinlik çəkə bilər. Bəzi insanlar da ağrı səbəbiylə yeriyərkən axsama da ola bilər.

ÇOX OXUNANLAR