Düzgün ailə həkiminin seçimi ailənin sağlamlığının təminatıdır
18.03.2023 16:33

Ailə həkimi seçmək meyarları həkimin tibb təhsilindən, etibarlı və profesional mütəxəssis olmasından çox asılıdır.

Aztibb.az xəbər verir ki, həkimin təcrübə müddəti, reputasiyası, xəstələrin həkim haqqında rəyi, iş yeri həkim seçimi zamanı ilk diqqət ediləsi məqamlardır.

Həkim-terapevt Nərminə Abbasova ailə həkiminin fəaliyyət istiqamətləri ilə bağlı danışarkən bildirib ki, ailə həkimi sağlamlıqla bağlı bütün problemlərin həllində iştirak edir, müəyyən müddətdən sonra ailənin bir üzvü kimi olur.

Qeyd edib ki, ailə həkimi ailədə olan vərdişlərdən, genetikada olan problemlərdən xəbərdar olduğundan vaxtında profilaktik tədbirlər görə bilir. Həmçinin həmin ailənin düzgün qidalanmasına yardımçı olur. Bu da öz növbəsində qidalanma ilə sıx şəkildə bağlı olan xəstəliklərin azalmasında özünü büruzə verir.

“Ailə həkimi pasiyentinin keçirdiyi bütün xəstəliklərdən xəbərdar olur, bu isə insana hansısa bir müalicəni tətbiq etməyin düzgün olub-olmamasını müəyyən etmək imkanını verir. Ailə həkimi ailə üzvləri ilə yaxın olduğundan bu ailədəki münasibətlərə də yaxşı bələd olur. Bu xüsusiyyət onun ailənin psixoloqu rolunda da çıxış etməsinə kömək edir”, – həkim bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!