Mərkəzi Neftçilər Xəstəxanasının yaradıcısı Həsənağa Əliyevin 100 illiyi qeyd edilib
17.03.2023 10:17

Əməkdar həkim, SSRİ-in fəxri neftçisi, Mərkəzi Neftçilər Xəstəxanasının yaradıcısı, professor Həsənağa Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətlə Mərkəzi Neftçilər Xəstəxanasında tədbir keçirilib.

 

Aztibb.az-a Xəstəxanadan verilən xəbərə görə, tədbirdə müəssisənin direktoru Musa Abbasov və digər həkimlər professorun həyat və yaradıcılığı haqqında çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər.

 

Daha sonra xəstəxananın rəhbərliyi və kollektivi professor Həsənağa Əliyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar.


Qeyd edək ki, müharibə illərindən sonra Azərbaycan neft sənayesi böyük sürətlə inkişaf etməyə başladığından neft işçilərinə keyfiyyətli və operativ tibbi yardım göstərilməsi üçün müəssisəyə böyük ehtiyac yaranır. 1951-ci ildə neftçilərin ümumi və peşə xəstəliklərinin müalicəsi işi gənc həkim Həsənağa Əliyevə tapşırılır. Bir müddət sonra H.Əliyev SSRİ Neft Sənayesi Nazirliyində neftçilər üçün xüsusi xəstəxana və poliklinikanın vacibliyi məsələsini qaldırır və 1956-cı ildə onun əzmkarlığı və gərgin zəhməti hesabına neftçilər üçün ilk tibbi profilaktika müəssisəsi istifadəyə verilir. Əvvəlcə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası adı altında fəaliyyət göstərsə də, sonralar Mərkəzi Neftçilər Xəstəxanası adlandırılır.

 

1973-cü ildən etibarən MNX-da H.Əliyevin ixtira etdiyi maqnitoterapiya cihazı xəstəxana şəraitində müalicə üçün geniş tətbiq olunmağa başlamışdır.
Həsənağa Əliyevin məsuliyyətli və işdə yorulmaz fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, "Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri, SSRİ fəxri neftçisi və “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.

 

O, ömrünün sonunadək Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi vəzifəsində işləmişdir.
Həsənağa Novruz oğlu Əliyev 2000-ci il fevralın 20-də vəfat etmişdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Rəşad Mahmudov:
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Ömrünün 27 ilini  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Yusif Məmmədov
Qubadlı RMX-nın direktoru vətəndaşların müraciətlərini dinləyib