Uşaqlarda qeyri-kafi yuxu xəstəlik riski yaradır
16.03.2023 10:04

Yuxu problemləri uşağınızın davranışına, funksiyalarını yerinə yetirmə qabiliyyətinə və böyüməsinə təsir göstərə bilər.


Aztibb.az xəbər verir ki, uşaq endokrinoloqu, uzman həkim Azad Əkbərzadənin bildirdiyinə görə, uşaqlarda piylənmə ilə yuxu vaxtı arasında əlaqə vardır. Həkim qeyd edib ki, araşdırmaların nəticələrinə əsasən gündəlik 8 saatdan az yatan məktəbyaşlı uşaqlarda və 12 saatdan az yatan körpələrdə piylənmə riski artır.


Qısa yuxu insulin səviyyəsinin artması da daxil olmaqla, uşağın bədəninə müxtəlif yollarla təsir göstərə bilər.


Piylənmə yüksək qan təzyiqi və bir çox digər ürək-damar risk faktorları ilə əlaqəli olduğundan, onun qarşısının alınması vacibdir.


Mütəxəssislər valideynlərə yatmazdan öncə elektron əşyalardan uzaq durmaq, isti vanna qəbulu və hekayənin daxil olduğu yuxu rejimi qurmağı tövsiyə edir.


Uşaqlarda yuxu pozğunluqları, bədənin hormonal sisteminə və maddələr mübadiləsini tənzimləmə qabiliyyətinə təsiri səbəbindən böyüməyə də mənfi təsir edə bilər.

ÇOX OXUNANLAR