Fransanın Deskorte Universitetinin professoru ATU-nun Tədris Terapevtik Klinikasında məruzə oxuyub
14.03.2023 17:17

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında dünya şöhrətli alim, uşaq nevroloqu, Fransanın Paris şəhərində yerləşən Deskorte Universitetinin professoru Olivye Dülak tərəfindən “Beynin inkişaf etapları və EEQ-in neyrofizioloji əsasları” mövzusunda elmi-praktik seminar keçirilib.

 

Tədris Terapevtik Klinikasından Aztibb.az-a verilən xəbərə görə, tədbir çərçivəsində uşaqlarda mərkəzi sinir sisteminin bətndaxili periodda inkişafı, böyüməsi və funksiyaların formalaşması barədə yeni məlumatlar verilib.

 

Məlum olduğu kimi, son illər erkən neonatal və uşaqlıq dövründə meydana çıxan bir çox xəstəliklərin təməli məhz bətndaxili periodda qoyulur. Bunun üçün də müasir nevrologiya və pediatriya ixtisaslarının qarşısına qoyulan tələblərdən biri olunan EEQ monitorinqin və eləcə də ENMQ üsulların vacibliyi və zənginliyi vurğulanıb. Vaxtında və vaxtından əvvəl doğulan uşaqların EEQ monitorinq zamanı beyin aktivliyinin fərqliliyivə tipik neonatal EEQ-in mənzərəsi xırda detallarla nəzərə çatdırılıb.

 

Seminarda ATU-nun Nevrologiya kafedrasının əməkdaşları və rezidentləri, eləcədə müxtəlif bazalarında çalışan həkim və rezidentlər iştirak ediblər.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır