Həkim dişlərə qulluq zamanı buraxdığımız səhvləri AÇIQLAYIB
05.02.2023 21:59

Bəzi insanlar dişlərini gündə 2 dəfə fırçalasalar, dişlərinə yaxşı qulluq etsələr də tez-tez stomatoloqun müayinəsi getməli olurlar.

 

Aztibb.az Rusiyanın tibbi saytlarına istinadla xəbər verir ki, Borovskiy adına Stomatologiya İnstitutunun (Rusiya) həkimi İrina Makeeva bildirir ki, bunun səbəblərindən biri insanların dişlərə qulluq edərkən buraxdıqları səhvlərdir.

 

Həkimin sözlərinə görə, turş meyvələrin (sitrus meyvələri, turş alma, kivi, ananas və s.) qəbulundan dərhal sonra dişləri, xüsusilə də cod fırça ilə fırçalamaq olmaz ki, bunun nəticəsində emal qatı ciddi zədələnə bilər. Əvvəl dişləri adi su ilə yaxalamaq, sonra bir müddət gözləmək və yalnız bundan sonra dişləri fırçalamaq lazımdır.

 

Həkim bildirib ki, dişlərə ziyan vuran digər səhvlərimiz arasında:

 

dişləri gündə 1 dəfə fırçalamaq. Bunu gündə 2 dəfə etmək lazımdır.  

diş fırçasını vaxtında yenisi ilə əvəz etməmək (bunu 3 aydan bir etmək lazımdır.

dişləri fırçalayanda çox bərk sürtmək

tum çıtlamaq, karamel, hər hansı çox bərk qidaları yemək və s. Bunun nəticəsində emalın üzərində mikroçatlar əmələ gəlir ki, bu daha sonra kariesin inkişafına səbəb olur.  

az su içmək. Bunun nəticəsində ağız suyunun ifrazı azalır. Ağız suyu isə ağız boşluğuna antiseptik təsir edir, mikrobları öldürür.

əsasən yumşaq yeməkləri, emal olunmuş qidaları yemək. Bu, diş və damaqları zəiflədir. Çeynəmə prosesi diş və damaqlar üçün bir növ idman rolunu oynayır. İnsanlar təzə meyvə, tərəvəz, göyərti, bişmiş ət kimi qidaları yeməlidir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA