Uşaqlarda Təkmil Həyata Dəstək kursu keçiriləcək
31.01.2023 14:32
21-22 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Çocuk Acil Tıp ve Yoğun Bakım Derneği, NİYİB birgə təşkilatçılığı ilə Uşaqlarda Təkmil Həyata Dəstək (ÇİYAD) kursu keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, Türkiyə Respublikasından dəvət olunmuş professorların nəzarəti altında 14 yerli həkim mütəxəssislərin iştirakı ilə keçiriləcək kurs 2 gün davam edəcək.
 
Kursun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunması nəzərdə tutulub.
 
Kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə 23 noyabr 2022-ci ildə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda xaricdə təhsil almış və yerli həkimlərimiz üçün Çocuk Acil Tıp ve Yoğun Bakım Derneği tərəfindən Uşaqlarda Təkmil Həyata Dəstək kursu (ÇİYAD) keçirilib. 14 həkimimiz təlimi uğurla başa vurub və sertifikatla təmin olunub.
 
Qeydiyyat üçün:(055) 739-59-95 nömrəsi ilə whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiz.
Yerlər məhduddur.
ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Dişləri sıxmaq nəyə səbəb olur?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub