Laçın-Xankəndi yolunda aksiya 49 gündür davam edir
29.01.2023 12:00

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın-Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində aksiyanı davam etdirir.

 

Aztibb.az APA-ya istinadla bildirir ki, aksiya gecə boyu da davam edib.

 

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.

 

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.