Binəqədi Tibb Mərkəzində 20 Yanvar hadisələrinin ildönümünə həsr edilmiş tədbir keçirilib
20.01.2023 13:56

Binəqədi Tibb Mərkəzində 20 yanvar - Ümumxalq hüzn günü ilə bağlı tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 20 yanvar faciəsinə həsr olunmuş qısa film izlənilib.

 

Tədbiri giriş nitqi ilə açan Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov 20 yanvar tarixinin xalqımızın yaddaşında mühüm yer tutduğunu bildirib. O, müstəqillik uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizin sayəsində bu gün üçrəngli bayrağımızın qürurla dalğalandığını qeyd edib. Direktor, həmçinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrin xalqımızın müstəqillik əzmini qıra bilmədiyini, xalqımızın qəhrəmanlığını bütün dünyaya sübut etdiyini diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən Binəqədi Tibb Mərkəzinin baş həkimi Rafiq Nağıyev 20 yanvar tarixində törədilmiş qətliama qarşı ilk çıxış edən siyasətçinin Ulu Öndər Heydər Əliyev olduğunu vurğulayıb. O, Ulu Öndərin özünü və ailəsini təhlükəyə ataraq Moskvada yerləşən daimi nümayəndəliyə gələrək çıxış etməsinin xalqını sevən müdrik liderin hər zaman xalqı ilə birlikdə olduğunun sübutu olduğunu bildirib.

 

Binəqədi Tibb Mərkəzinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin həkimi Nərmin Məmmədova isə çıxışında Vətənimizin bütövlüyü və azadlığı uğrunda canlarından keçən qəhrəman tibb işçilərininin əziz xatirəsininin xalqımızın qəlbində daima yaşayacağını qeyd edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Rəşad Mahmudov:
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
Ömrünün 27 ilini  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Yusif Məmmədov
 Naxçıvanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan oftalmoloji aksiya təşkil edilib