ATU əməkdaşlarının maaşı artırılıb
28.12.2022 18:10

Azərbaycan Tibb Universitetində (ATU) çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əməkhaqqı isə 10% artırılacaq.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, bu barədə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.

 

Rektor, professor Gəray Gəraybəyli bu artımın son illərdə universitetimizə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları