Peşəkar həkimlərimizi tanıyaq! - Uzman ginekoloq-cərrah Emin Haqverdiyev
30.11.2022 11:00

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar həkimlərimizi tanıtmaqda davam edir. 

Rubrikada bu dəfə süni mayalanma mütəxəssisi, uzman ginekoloq-cərrah Emin Haqverdiyev haqqında məlumatları təqdim edirik.
 
E.Haqverdiyev 2006-2012-ci illərdə Ankara Qazi Universitetinin Tibb fakültəsində bakalavr, 2012-2016-cı illərdə Ankara İldırım Bəyazıd Universitetində ginekoloq-cərrah kimi uzmanlıq təhsili alıb.
 
O, 2016-cı ildə Acıbadəm Atakənd Xəstəxanasında süni mayalanma texnologiyaları üzrə elmi çalışma qrupunda çalışıb. 2017-2019-cu illərdə Bahçeşehir Universitetinin Tibb fakültəsində sonsuzluq xəstələri üzərində innovasiyalar sahəsində həkim pedaqoq kimi fəaliyyət göstərib. Eyni zamanda, VM Medikal Park İzmit Xəstəxanasının Süni mayalanma şöbəsində ginekoloq-cərrah işləyib.
 
Uzman həkim Türkiyə Ginekoloji və Obstetri Dərnəyinin, Minimal İnvaziv Ginekoloji Dərnəyinin, Çoxalma Tibbi Cərrahi Dərnəyinin, o cümlədən beynəlxalq ESHRE, ASRM dərnəklərinin üzvüdür.
 
E.Haqverdiyev hazırda "Olimp Hospital"-da çalışır.
 
Həkimin müalicə etdiyi xəstəliklər aşağıdakılardır:
 
Bakıda ilk dəfə yumurtalıq gəncləşdirmə;
Bakıda ilk dəfə piezoelektrik;
Genital estetik prosedurlar;
Laparoskopiya;
Histeroskopiya;
Riskli hamiləliklərin aparılması: Normal, ağrısız və qeysəriyyə doğuş.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Dişləri sıxmaq nəyə səbəb olur?
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub