Allerqoloq Nicat Əfəndiyev: "Atopiya, genetik, cinsiyyət və respirator infeksiyalar astma üçün risk faktorudur"
29.11.2022 11:10
Bronxial astma kəskin və remissiya dövrlərinin növbələşməsi ilə müşahidə edilən hava yollarının xronik "reversible" (geri dönən) xəstəliyidir. Bronxial astmalı xəstələr təkrarlanan xırıltı, öskürək və tənəffüs çatışmazlığı kimi şikayətlərdən gileylənir. Astmanın patogenezi qarışıq olub, genetik ətraf mühit immunoljik faktorlardan asılıdır.
 
Bu barədə Aztibb.az-a Binəqədi Tibb Mərkəzinin həkim-allerqoloqu Nicat Əfəndiyev bildirib.
 
Həkim atopiya, genetik, cinsiyyət və respirator infeksiyaların astma üçün risk faktoru olduğunu qeyd edib. Onun sözlərinə görə, qida allergiyası, egzema, allergik rinit kimi atopik xəstəliklər astma ilə birgə müşahidə edilir.
 
Nicat Əfəndiyev astmanın simptomlarını da sadalayıb:
 
Nəfəs darlığı;
Nəfəsdə tıxanıqlıq;
Uzun müddətli öskürək;
Yuxudan oyandıran öskürək, xışıltı boğulma tutmaları.
 
Allerqoloq bildirib ki, astmanin simptomları triggerin (infeksiya, allergen və ya eqzersiz) təsirindən şiddətlənə bilər. Öskürəklə bərabər gecə oynamaları, xüsusilə uşaqlarda ilk simptom olaraq meydana çıxa bilər. Əvvəllər sadəcə gündüz simptomları olan xəstədə gecə simptomlarının meydana çıxması xəstəliyin proqressivləsdiyini göstərir. Hərəkət intensivliyi ilə artan öskürək astmanı düşündürməlidir.
 
"Atopiyalı xəstələrdə ailə hekayəsi diqqətə alınmalıdır. Diaqnostikada tənəffüs funksional testlər spirometriya müayinəsi və triggerləri aşkar edən prik testlər xüsusi əhəmiyyət daşıyır. Xəstəliyin müalicəsi yuxarıda qeyd olunan müayinələr və anamnez əsasında ixtisaslı həkim tərəfindən təyin edilməlidir. Yanlış təyin olunan hormonal preparatlar xəstəliyin sonralar daha da ağırlaşmasına və yanaşı digər xəstəliklərin meydana çıxmasına səbəb ola bilər", - deyə Nicat Əfəndiyev əlavə edib.
 
ÇOX OXUNANLAR
Vitamin, mineral, antioksidan anbarı - Qaraciyəri təmizləyir, sümükləri gücləndirir, beyni qoruyur
 Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakant yerlər elan edilir   
Tanınmış onkoloq Əlövsət İsayevin 50 yaşı tamam olur
Suraxanı Tibb Mərkəzinin kollektivi Xocalı abidəsini ziyarət edib
Respublika Klinik Xəstəxanası vakansiya elan edir  
Xaçmazda Xocalı soyqırımına həsr edilən anım tədbiri keçirilib
 Qobustanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bu gün qədim Xocalı torpağında Azərbaycanın üçrəngli bayrağı dalğalanır
Qonartrozlu xəstələrdə hərəkət zamanı ağrı artır, istirahət vaxtı isə azalır - Revmatoloq
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirilib
Agentliyin Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edilir
 Xarici həkimlər Yeni Klinika ilə tanış olublar   
Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi və kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb